Dərc edilib: 18-12-2023

https://www.nuh.az/35873-.html

Onlar da prezidentliyə namizəd oldular

18.12.2023 13:35:40

LIVE

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlikləri irəli sürülüb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə partiyaların bu gün keçirilən iclaslarında qərar qəbul olunub.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 6-ya çatıb.

Qeyd edək ki, daha əvvəl Yeni Azərbaycan Partiyasından (YAP) İlham Əliyev,  Böyük Quruluş Partiyasından (BQP) partiya sədri, deputat Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc və Böyük Azərbaycan Partiyasından (BAP) partiya sədri Elşad Musayevin də növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib