Ərdoğana at hədiyyə edildi
Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Budapeştə səfəri zamanı ona Aristokrat adlı at hədiyyə edib.
Orban bu barədə öz feysbuk səhifəsində məlumat verib.
"Aristokrat, Mezexedyeş damazlığından olan nonius ayğırı", - deyə Orban vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Ərdoğan da Orbana "Togg" elektrik avtomobili hədiyyə edib