Dərc edilib: 19-12-2023

https://www.nuh.az/35884-.html

Müdafiə nazirinin sabiq müavini vəfat etdi

19.12.2023 14:42:54

LIVE

Müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995-1999) Mehman Səlimov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Moderator.az-a mərhumun oğlu Fərhad Səlimov məlumat verib.

 
 

O, polkovnikin bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya xəstəliyindən sonra ürək çatışmazlığından vəfat etdiyini bildirib.

Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində çalışıb. M. Səlimova 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətə azadlıqdan məhrum edilib. 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə azadlığa buraxılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib