Dərc edilib: 20-12-2023

https://www.nuh.az/35890-.html

Qırğızıstan bayrağında dəyişiklik edildi - Foto

20.12.2023 11:49:37

LIVE

Qırğızıstan parlamenti dövlət bayrağında günəş təsvirinin dəyişdirilməsi ilə bağlı qanunu üçüncü oxunuşda qəbul edib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “24.kg” portalı yayıb.

59 deputat qanunun lehinə, 5 nəfər isə əleyhinə səs verib. 

Qanuna əsasən, bayrağın üzərində təsvir olunan günəşin şüaları dalğavari formadan düz formaya dəyişdiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib