Dərc edilib: 20-12-2023

https://www.nuh.az/35904-.html

Prokuror dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istədi

20.12.2023 20:58:16

LIVE

Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun məhkəmə istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror Elmin Mirzəyev ittiham nitqi ilə çıxış edib.
Prokuror Tərlan Abbasovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Vəkil müdafiə çıxışı üçün vaxt istəyib.
Məhkəmənin yekun iclası yanvarın 18-nə təyin edilib.
Qeyd edək ki, Tərlan Abbasova Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib