Dərc edilib: 20-12-2023

https://www.nuh.az/35907-.html

Bu rayonun sağ qalma şansı yoxdur...təcili köçürülməli -ZƏLZƏLƏ

20.12.2023 21:49:16

LIVE

Türkiyədə baş verən son zəlzələlərdən sonra Mərmərə zəlzələsi yenidən gündəmə gəlib.


Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ üzrə alim Naci Görür TV100-də qatıldığı proqramda mühüm xəbərdarlıqlar edib.

O, Tunceli və Elazığda zəlzələ təhlükəsi olduğuna diqqət çəkib.

Naci Görür bildirib ki, Bursanın Gemlik mahalı mütləq köçürülməlidir:

"Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimali Anadolu fayının üzərindədir. Ərazi dəniz qumu ilə doludur. Qaçmaq şansı yoxdur".

Onun sözlərinə görə, Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm irəliləyir:

"Mərmərə dənizi gərginlik altındadır. Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm hərəkət edir".

NUH informasiya agentliyi səhifəsindən çap edilib