Dərc edilib: 21-12-2023

https://www.nuh.az/35912-.html

ABŞ-də məhbus 48 ildən sonra bəraət aldı

21.12.2023 09:26:17

LIVE

ABŞ məhkəməsi qətlə görə 48 il həbs cəzası yaşayan məhbus Qlin Simmons​a bəraət verib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin hakimi konkret və inandırıcı dəlillərə əsaslanaraq müəyyən edib ki, qətl hadisəsi Simmons tərəfindən törədilməyib.

 

 

Bildirilib ki, onun dövlətdən 175 min dollar məbləğində təzminat tələb etmək hüququ var.

Qeyd edək ki, amerikalı şəxs 1975-ci ildə ölüm cəzasına məhkum edilibsə də, 2 ildən sonra bu, ömürlük həbslə əvəz olunub. Simmons 48 il 1 ay 18 gün həbsdə yatıb ki, bu, ABŞ tarixində ədalət səhvinin qurbanı üçün ən uzun cəzadır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib