Dərc edilib: 21-12-2023

https://www.nuh.az/35916-.html

Bakı Metropoliteninin veteran maşinisti spikeri və nazir müavinini məhkəməyə verdi

21.12.2023 13:21:22

LIVE

Milli Məclisin spikeri Sahibə Qafarova məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Minulin Rafael Qizətoviçdir. O, Sahibə Qafarova ilə yanaşı, əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Anar Kərimovu da məhkəməyə verib. 
Rafail Minilunun spiker və nazir müavini barəsindəki iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Günay Abidovanın icraatındadır. 
Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə məlumat yoxdur. 
Rafail Mulinin adına "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi saytına yerləşdirilən "O gecə şəhərin altında tarixin ilk sətirləri yazıldı" başlıqlı yazıda rast gəlinir. Həmin materialdan aydın olur ki, Rafail Minulin "Bakı Metropoliteni" QSC-də qatar maşinisti olub. O, 2002-ci ilə qədər metroda çalışıb. 
"Bakı Metropoliteni" QSC-nin veteranlarından hesab edilir.
Rafail Minulinin spiker və nazir müavini ilə hansı probleminin olduğu bəlli deyil. Tərəflərlə də məsələyə aydınlıq gətirilməsi mümkün olmayıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib