Dərc edilib: 21-12-2023

https://www.nuh.az/35917-.html

Vətəndaşların külli miqdarda pulunu mənimsəyən falçı Nərgiz barədə cinayət işi açıldı

21.12.2023 13:53:25

LIVE

Falçılıq  fəaliyyəti adı altında  vətəndaşların külli miqdarda pulunu mənimsəyən  Nərgiz  Vaqif  qızı Sultanova  barəsində Daxili İşlər  Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ( BMCMİ) müraciət  olunub. 


BMCMİ-də Nərgiz Sultanova  barəsində CM-nin 178.2.2-ci maddəsilə cinayət işi başlanıb  və aidiyyəti üzrə Baki Şəhər Baş Polis İdarəsinin Nəsimi Rayon Polis  İdarəsinə  göndərilib. Və idarədə istintaq hərəkətləri davam edir.

Zərərçəkən  digər  vətəndaşlardan xahiş olunur ki, rəsmi ərizə ilə Nəsimi RPİ-ə müraciət etsinlər. NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib