Dərc edilib: 21-12-2023

https://www.nuh.az/35919-.html

Vüqar Qurbanov baş həkim Rauf Nağıyevi könüllü olaraq işdən ərizə yazıb çıxmağa məcbur edir

21.12.2023 17:16:18

Hadisə

TƏBİB-in (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) icraçı direktoru Vüqar Qurbanovun adı ölkə mediasında qurumu  rüşvət və korrupsiya yuvasına çevirməklə  bağlı hallanır. Mediada yazılanlara görə, Vüqar Qurbanov təcrübəli, peşəkar baş həkimləri vəzifəsindən azad edərək onların yerinə öz dost-tanışlarını təyin edir. 

 

NUH.az-a  daxil olan məlumata görə, Vüqar Qurbanov  xeyli vaxtdı  Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi, “ Əməkdar həkim “  Rauf Nağıyevi  vəzifəsindən azad etmək üçün müxtəlif bəhanələr axtarır. 

Qısa məlumat üçün qeyd edək ki,  Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası böyük bir şəbəkədir.Bu qurumun 138 çağırış briqadası fəaliyyət göstərir. Bir gün ərzində 2000-dən artıq çağırış daxil olur.Təcili Yardım böyük bir sturukturdur. Təcili Yardımın 21 bölməsi, bir o qədər filialları var. Ələt-Sanqaçaldan tutmuş, Qaradağ rayonundan Pirallahı, Binəqədi daxil olmaqla böyük bir ərazini əhatə edir.  2700-dən artıq  tibb işçisinin çalışdığı  Təcili Yardım bir gün işləməsə, Bakı şəhərində nə baş verəcəyini özünüz təsəvvür edin. 

Belə bir böyük və mürəkkəb şəbəkəyə rəhbərlik edən Rauf Nağıyev  kollektiv arasında  nüfuz sahibidir. Görəsən, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun   Prezident seçkiləri kimi həssas bir zamanda Rauf Nağıyevi vəzifəsindən uzaqlaşdlırmaqda  məqsədi nədir..? Bəlkə  Vüqar Qurbanov kimlərinsə siyasi  sifarişi ilə təxribat etmək istəyir..? Sözün qısası, redaksiyamıza daxil olan məlumata görə, Vüqar Qurbanov baş həkim Rauf Nağıyevi könüllü olaraq işdən ərizə yazıb çıxmağa məcbur edir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib