Dərc edilib: 21-12-2023

https://www.nuh.az/35920-.html

Praqada universitetdə atışma - Azı 15 ölü

21.12.2023 22:21:34

LIVE

Çexiyanın paytaxtı Praqanın mərkəzində, Jan Palaç meydanında yerləşən universitetdə atışma baş verib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Çexiya polisinin açıqlamasında bildirilir.

Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

***

“Echo24”ün məlumatına görə, atışma Karlov Universitetinin İncəsənət fakültəsinin ərazisində baş verib.

Hücum edən şəxs optikası olan uzun lüləli silahdan istifadə edib. 

***

Çexiyanın xilasetmə xidmətləri Praqanın mərkəzində atışma nəticəsində azı 10 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib.

***

Praqanın mərkəzindəki Karlov Universitetində baş verən atışma qurbanlarının sayı hazırda 15 nəfəri keçib.

“Bu faciəli hadisə nəticəsində 15-dən çox insan həyatını itirib. Ən azı 24 nəfər yaralanıb”, - deyə Çexiya polisinin rəhbəri Martin Vondraşek bildirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib