Dərc edilib: 22-12-2023

https://www.nuh.az/35923-.html

İranın 743 səhifəlik məxfi sənədi - Azərbaycanla bağlı əsas plan nədir?

22.12.2023 10:26:09

LIVE

"İran addım-addım "şiə hilalı” planını həyata keçirməyə çalışır. Bu məqsədlə "şiə xəritəsi” belə hazırlayıb”.

Publika.az xəbər verir ki, bu barədə "Türkiyə” qəzeti yazıb.
Qəzet qeyd edir ki, 743 səhifəlik "şiə xəritəsi”ndə Türkiyə və Azərbaycanın mədəni, siyasi, coğrafi, ticarət, dil, iqtisadi, məzhəb-inanc məsələləri, bir sözlə hər şey detallı şəkildə əksini tapır: "Misal üçün, Türkiyədə nuseyrililər kimi bəzi qrupların İranın potensial müdafiəçisi olduğu fikirlər yer alır. İran Baş Qərargahının hazırlatdğı xəritənin altındakı imza Rəsul Cəfəriyandır. Tehran Universitetinin tarix fakültəsində professor olan Cəfəriyan "şiə xəritəsi”nə görə bir çox mükafat alıb”.
Məqalədə bildirilir ki, Tehranda "şiə hilalı” planı üçün 5 min nəfərlik qrup işləyir.
"Dini liderin rəhbərliyi altında çalışırlar. Bu məqsədlə gizli qrup fəaliyyət göstərir. Layihə 1979-cu il inqilabından sonra dövriyəyə daxil edilib. Livan, İraq, Suriya və Yəməndə istədiklərini əldə ediblər, amma əsas hədəfləri Türkiyə və Azərbaycandır”, - qəzet yazır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib