Dərc edilib: 28-12-2023

https://www.nuh.az/35976-.html

Yalçın Adıgözəlova vəzifə verildi

28.12.2023 15:21:34

LIVE

Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin edilib.

 

Qeyd edək ki, Yalçın Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakıda görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub.

2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2007-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib