Dərc edilib: 29-12-2023

https://www.nuh.az/35991-.html

Dəniz daşdı, insanlar dalğayla sürükləndi: Kaliforniyada fəlakət VİDEO

29.12.2023 21:51:20

LIVE

Kaliforniyada əlverişsiz hava hökm sürür. Fırtına və daşqın zamanı səkkiz nəfər xəsarət alıb. 


Bu barədə yerli hökumətdən xəbər verilib.

Bildirilir ki, təbii fəlakət nəticəsində yollar su altında qalıb, bəzi evlərə ziyan dəyib.

Sosial şəbəkələrdə bununla bağlı çoxlu görüntülər yayılıb. Kadrların birində dənizin daşması və həmin vaxt sahildə dayanan 20-yə yaxın insanı sürükləməsi əks olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib