Dərc edilib: 29-12-2023

https://www.nuh.az/35992-.html

Siyasətdən danışmağa it kimi qorxanlar üçün qəttəzə tema: 12 yaşında qızı nişanlayıblar

29.12.2023 23:25:16

Cəmiyyət

Nadir Qocabəyli  yazır
Siyasətdən danışmağa qorxanlar üçün qəttəzə təhlükəsiz tema: 12 yaşında qızı nişanlayıblar. Di, cırın özünüzü.

Seçki deyil ki, "mıqq" eləməyə duxunuz çatmaya. Yıxın-sürüyün o qızın ata-anasını, qohum-əqrəbasını. Deyin ki, niyə onu məktəbdən ayırır, niyə repetitor yanına göndərmirlər?
Zərrə qədər düşünməyin ki, onların buna imkanı olmaya bilər. Yəni o zavallı qıza ayaqqabı, paltar, çanta, kitab-dəftər almağa.
Ağlınıza belə gətirməyin ki, o bədbəxt qızcığaz kasıblıq ucbatından məktəbə getməyə utana bilər.
Bütün bunlara görə hökumətin xalqı acından öldürməyə yönəlik ədalətsiz, haqsız, allahsız siyasətini qınamaq, tənqid eləmək ağlınıza belə gəlməsin.
Kasıb ailə üçün yetişkin, gözəgəlimli qız uşağını saxlamağın çətinlikləri haqda heç bir şey düşünməyin.
Onu heç bir problem çıxmadan erkən ərə verməyin valideynlər üçün yeganı çıxış yolu ola biləcəyini olmayan ağlınızın ucundan belə keçirməyin.
Mən o valideynlərə haqq qazandırmıram. Yəqin ki, heç o valideynlər də düz hərəkət etdiklərini düşünmürlər. Amma sizlər də məsələyə çox səthi, riyakar yanaşırsınız.
Bu ölkədə hər şeyin siyasi kökü var. Əksəriyyətinizin anlamadığı və it kimi qorxduğu siyasi səbəbləri...
Məsələylə polis maraqlanıbmış. Bu məsələ polisdən əvvəl sosial təminata, təhsilə, ailə, qadın və uşaq problemlərinə görə cavabdeh olanların işidir. Polis bu işlə maraqlanmalı olan ən axırıncı instansiyadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib