Dərc edilib: 31-12-2023

https://www.nuh.az/36003-.html

Deputatın şirkətinin dövlətə 10 MİLYON vergi borcu var....

31.12.2023 14:09:43

LIVE

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus "Kaspi Yıldız” şirkəti dövlətə milyonlarla borcu qalmaqdadır. 

Valyuta.az-ın məlumatına görə, deputatın qardaşı Fərmanın oğlu Ramiz Məmmədoun adına olan şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9 milyon 392 min 859 manat 77 qəpik vergi borcu var. 
Qeyd edək ki, ötən ilin fevral ayında bu rəqəm 9 milyon 666 min 469 manat 63 qəpik təşkil edib.  2023-cü ilin bitməsində bir gün qalmasına baxmayaraq deputatın şirkəti 2024-cü ilə də vergi borcu ilə daxil olur.
Xatırladaq ki, İqbal Məmmədova məxsus olan "Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

NUH informasiya agentliyi səhifəsindən çap edilib