Dərc edilib: 05-01-2024

https://www.nuh.az/36027-.html

PKK ilə bağlı VACİB AÇIQLAMA - Öcalan çağırış edəcək VİDEO

05.01.2024 08:49:33

Region

PKK-nın İmralıda saxlanılan lideri Abdullah Öcalan təşkilatın məqsədlərindəki sapmaları və Türkiyə Silahlı Qüvvələrinin son günlər keçirdiyi uğurlu əməliyyatları əsas gətirərək, yaxın günlərdə terror təşkilatını təslim olmağa çağıracaq.

Musavat.com xəbər verir ki, bu barədə Haberler.com məlumat yayıb.

A.Öcalan Kandilə verdiyi təlimatda silahlı fəaliyyətlərin davam edəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi son əməliyyatlarla yaşanan itkilərin daha da artacağını bildirib.

Qeyd olunub ki, PKK liderinin yaxın günlərdə ictimaiyyətə hərtərəfli çağırış etməsi gözlənilir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib