Dərc edilib: 06-01-2024

https://www.nuh.az/36035-.html

Mikayıl Müşfiqin bacısı Böyükxanım özünü necə yandırdı..?

06.01.2024 12:10:21

Cəmiyyət

Mikayıl Müşfiqin bacısı Böyükxanımdır.
Qardaşı həbs ediləndən sonra onun evinə gəlib tutmaq istəyən sovet cəlladlarına təslim olmur
O vaxt 30 yaşlı Böyükxanım bibisi oğlu Zeynalabdinin həyat yoldaşı idi.
Zeynalabdin işdə olarkən qara maşın Böyükxanımı həbs etmək üçün gəldi.
Evdə axtarış oldu.
Şəkilləri, kitabları götürdülər.
Böyükxanım paltar dəyişmək bəhanəsilə yan otağa keçdi.
Üç litr nefti üstünə tökdü.
Həyətə çıxdı, özünü odladı.
Çaşbaş qalan gələnlər yorğan götürüb, alovu söndürməyə çalışdılar.
Lakin artıq iş-işdən keçmişdi.
Böyükxanım son nəfəsdə: "Müşfiqə canım fəda olsun" - demişdi.
Bu gün Müşfiqin  güllələndiyi gündür. 
Bu statusu  Xalidə Məmmədova öz fb  səhifəsində paylaşıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib