Dərc edilib: 10-01-2024

https://www.nuh.az/36046-.html

Çingiz Hüseynov vəfat etdi

10.01.2024 12:44:48

Mədəniyyət

Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov 94 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb.

 
 

1929-cu il aprelin 20-də Bakıda anadan olan yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi olub. O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb. 

Qeyd edək ki, Ç. Hüseynov İsraildə yaşayırdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib