Dərc edilib: 14-01-2024

https://www.nuh.az/36060-.html

Ailəsi Habil Vəliyevdən xəbər ala bilmir

14.01.2024 16:47:12

Günün sitatı

Ailəsi ötən gün saxlanılan "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevdən xəbər ala bilmir.

Qaynarinfo xəbər verir ki, bu barədə onun oğlu Allahverdi Vəlizadə məlumat verib.
 
"24 saatın tamam olmasına baxmayaraq, ailə üzvlərinə hələ də məlumat verilməyib. Özünün də bizimlə əlaqə yaratmağına imkan verilməyib. Habil Vəliyev seçki məntəqəsinin sədridir. Seçki ilə məşğul idi. Hər gün mütamadi olaraq məntəqəyə işə gedib gəlirdi. Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri Vilayət Eyvazova bununla bağlı müraciətlərimiz hazırlanır", deyə baş redaktorun oğlu bildirib.
 
Xatırladaq ki, ötən gün mətbuatda H.Vəliyevin polis tərəfindən saxlanılması barədə xəbər yayılıb. DİN-dən məlumatı təsdiqləyiblər. Həbsin təfərrüatları haqqında məlumat verilməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib