Dərc edilib: 16-01-2024

https://www.nuh.az/36071-.html

Prezident Lənkərana getdi - Yenilənib

16.01.2024 13:04:45

Siyasət

Prezident İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib. 


“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı “Lenk Frut” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.

***

Prezident İlham Əliyev Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib.

 
 

***

Prezident İlham Əliyev Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksdə yaradılan şəraitlə tanış olub.

***

Prezident İlham Əliyev Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib