Dərc edilib: 16-01-2024

https://www.nuh.az/36072-.html

Dağıntılar altından çıxarılanların sayı 9 oldu - Yenilənib

16.01.2024 19:47:17

LIVE

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

***

Axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb. 

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib