Dərc edilib: 17-01-2024

https://www.nuh.az/36074-.html

Heyrətamiz kimya: Yaponlar bitkilərin bir-biriylə necə danışdığını lentə aldı

17.01.2024 10:45:18

LIVE

Yaponiyanın Saitama Universitetinin alimləri bitkilərin qonşularından gələn təhlükə siqnallarını necə qəbul etdiyini və onlara necə reaksiya verdiyini göstərən heyrətamiz video hazırlayıblar.

Qaynarinfo xəbər verir ki, alimlərə görə, bitkilər ünsiyyət qurmaq və bir-birindən qorunmaq üçün havada olan birləşmələrin incə dumanından istifadə edirlər.
Tədqiqatçılar həşərat tərəfindən zədələnmiş bitkilərin buraxdığı birləşmələri zədələnməmiş qonşularına ötürmək üçün nasos quraşdırıblar. Onlar floresans mikroskopundan istifadə edərək, bitkilərin bu təhlükə siqnallarına reaksiyasını qeydə alıblar.
Təcrübədə pomidor və Arabidopsis thaliana yarpaqlarına tırtıllar yerləşdirilib, bundan sonra zədələnməmiş bitkilərin reaksiyası müşahidə edilib. Bitkilər genetik olaraq insan hüceyrələrinin ünsiyyət üçün istifadə etdiyi kalsium siqnallarını aşkar etmək məqsədiylə dəyişdirilib.
 
Tədqiqatın nəticələri göstərib ki, bitkilər təhlükə siqnallarına məruz qaldıqdan sonra bir dəqiqə ərzində reaksiya verir və CO2 ilə "nəfəs aldıqları" stomata bu prosesdə rol oynayır.
Molekulyar bioloq və tədqiqatın baş müəllifi Masatsugu Toyota qeyd edir ki, bitkilərin bu "eterik rabitə şəbəkəsi” bir-birini təhlükələrdən vaxtında qorumaqda əsas rol oynayır. Bu yeni kəşflər əvvəllər insan gözünə görünməyən mürəkkəb bitki əlaqə mexanizmlərinə işıq sala bilər.
Tədqiqat Nature Communications jurnalında dərc olunub .

NUH informasiya agentliyi səhifəsindən çap edilib