Dərc edilib: 20-01-2024

https://www.nuh.az/36083-.html

Rüfət Hacıyev həbs olundu

20.01.2024 21:40:15

Region

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs olunub.

“Qafqazinfo”nun məlumatına görə,  Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan sabiq müdir barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 
Bu barədə Binəqədi Rayon Məhkəməsi qərar qəbul edib. O, rüşvət almaqda ittiham edilir.

Qeyd edək ki,  ötən ilin noyabrında Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə 9-cu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

Bundan başqa, bir neçə ay əvvəl də R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib