Dərc edilib: 26-01-2024

https://www.nuh.az/36098-.html

Tanınmış ziyalı Həsən Orucoğlu dünyasını dəyişdi...

26.01.2024 22:12:53

Günün sitatı

İndicə aldığımız xəbər bizi dondurdu. Az qala hər gün danışdığımız, söhbət etdiyimiz Həsən Orucoğlu dünyasını dəyişib. Bu barədə  tanınmış ziyalı  Əli Bəy  Azəri öz fb səhifəsində paylaşım edib. 
HƏSƏN ORUCOĞLU
Həsən Orucoğlu Zəngilan rayonunun Məmmədbəyli kəndində dün¬yaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən “Kənd həyatı“ rayon qəzetində kiçik həcmli şeirləri və təmsilləri ilə çıxışlar edib. O, Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. Bundan sonra doğma kənd məktəbində müəllim işləyib.
Doğma yurddan digər həmvətənliləri kimi məcburi köçkün düşdükdən sonra Zəngilan rayonu üzrə 18 saylı məktəbdə direktor vəzifəsində işləyib. Həmin vəzifədən təqaüdə çıxıb.
Təhsil işçisi olmaqla bərabər bədii yaradıcılıqla da mütəmadi məşğul olan və vaxtaşırı dövrü mətbuatda çıxışlar edən Həsən Orucoğlunun indiyədək “Gülüşlə dolu ömür” publisistik, “Mənim könlüm Zəngilanı istəyir” şeirlər, “Yarasa kişiliyi” təmsillər və “Seyid Əlizamin ağa, möcüzəli əllərin şəfası” publisistik kitabları işıq üzü görüb.
26 yanvar 2024-cü il gecə saat 4-də Zəngilan həsrəti ilə dünyasını dəyişdi.
Allah rəhmət eləsin!
Əli bəy Azəri, Tarverdi Abbasov, Salam Cavadlı, Ayaz İmranoğlu, Mahir Cavadlı, Nazim Hüseynov, Teyfur Çələbi, Azad Qaradərəli, Alı Rəhimoğlu, Çərkəz Nəsirli və başqaları

NUH informasiya agentliyi səhifəsindən çap edilib