Taksi sürücülərinin QƏNİMİ...
İki taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Elvin Vəliyev Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dindirilmə zamanı sonuncu törətdiyi əməlləri etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur.