Dərc edilib: 28-01-2024

https://www.nuh.az/36137-.html

Tanınmış vəkil aliment problemi barədə ....

28.01.2024 13:30:05

İqtisadiyyat

Tanınmış  vəkil  Namizəd  Səfərov  aliment problemi ilə bağlı öz fb səhifəsində maraqlı fikirlər söyləyib: 

 

Kişi ikinci dəfə evlənib. Həm birinci, həm də, ikinci həyat yoldaşının hər birindən 2 uşağı var. Birincidən olan uşaqlara hər ay 350 manat aliment ödəməlidir. Heç yerdə iş tapa bilmir, təsadüfi işlərdən əldə etdiyi gəlirlə, hazırkı ailəsini güclə dolandırır. Birinci nigahdan olan uşaqların alimentini ardıcıl ödəyə bilmədiyindən, 6 ay azadlıqdan məhrum edilib. Nəticədə ikinci ailəsi də, başsız və bir tikə çörəyə möhtac qalıb. Ədliyyə Naziri iddia edir ki, dövlət həbs yerində hər bir dustağın saxlanmasına, ayda 684 manat xərc çəkir. Bir nəfər ağıllı çıxıb başa salmır ki, dövlət aliment ödəyə bilməyən şəxsi həbsə salıb, ona ayda 684 manat xərc çəkmək əvəzinə, o pulu versin dustağın uşaqlarına ki, acından ölməsinlər. Aliment ödəyə bilməyən isə qoy ailəsinin başında olub, uşaqlarının qayğısını çəksin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib