Dərc edilib: 28-01-2024

https://www.nuh.az/36145-.html

Mona Lizaya şorba atdılar

28.01.2024 18:01:48

LIVE

Fransanın paytaxtı Parisdə “Luvr” muzeyində yer alan Mona Liza tablosunun üzərinə şorba atılıb.

“Qafqazinfo” xəbər verir ki, rəsmin üzərinə şorba atanlar ekoloji fəallar olub.

 

Onlar Mona Lizanın olduğu əraziyə daxil olaraq etirazlarını bildiriblər.

Açıqlamalarını isə bu cür ediblər:

“İncəsənət, vacibdir yoxsa sağlam və davamlı qidalanma hüququ? Kənd təsərrüfatı sistemimiz xəstədir”.
Qeyd edək ki, şüşə vitrinlə qorunan rəsm əsəri şorbalı etirazdan sonra zərər görməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib