Dərc edilib: 28-01-2024

https://www.nuh.az/36151-.html

Bu gün məşhur məmurun oğlu ovda həlak oldu - TƏFƏRRÜAT

28.01.2024 22:48:32

LIVE

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

Yenisabah.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.

Hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumata görə, Elşad Astanov göldə ov edərkən qayıq aşıb və o boğularaq ölüb.

Qeyd edək ki, göldə boğulan gəncin atası Şükür Astanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin sabiq rəisi olub. İmişlidə kifayət qədər tanınan Şükür Astanovun sahibkarlıq fəaliyyəti ilə də məşğul olduğu deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib