Dərc edilib: 29-01-2024

https://www.nuh.az/36162-.html

3 dəfə evlənib, 3 uşağı var: Bütün qazancı alimentə gedir - Qanun nə deyir?

29.01.2024 13:31:10

LIVE

Azərbaycanda 3 dəfə ailə quran kişinin bütün qazancı alimentə çıxılır. 

Qaynarinfo xəbər verir ki, vətəndaş Əli Həsənovun ailə qurduğu hər qadından bir uşağı var. Onun maaşından 1/4 kəsilərək uşaqlara verilir. Bu səbəbdən vətəndaşa qazancından demək olar vəsait qalmır. İndi vətəndaş alimentin azaldılması üçün məhkəməyə müraciət etmək istəyir. 
 
Vəkil Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaşın hər bir uşaq qarşısında öhdəliyi var və həmin öhdəlik yerinə yetirilməlidir: 
"Onun ailə qurması, qazancının olub-olmamaması öhdəliyini yerinə yetirməməsi üçün əsas deyil. Alimenti sona kimi ödəməlidir. Əgər o, üç dəfə evlənməsəydi, birinci evliliyindən 3 övladı olsaydı, uşaqları saxlamayacaqdı? Üç, yaxud 10 dəfə evlənmək onun hüququdur, aliment vermək isə vəzifəsidir. Evlənmə sayına görə məhdudiyyət yoxdur".

NUH informasiya agentliyi səhifəsindən çap edilib