Dərc edilib: 30-01-2024

https://www.nuh.az/36189-.html

Britaniya Fələstin dövlətini tanıyacağını açıqladı - XİN başçısı

30.01.2024 22:21:58

LIVE

Çərşənbə axşamı, yanvarın 30-da Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ölkəsinin Fələstin dövlətinin tanınmasının mümkün olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Kemeron hesab edir ki, fələstinlilərə Yaxın Şərqdə sülhün bərqərar olması üçün siyasi üfüq verilməlidir.
Qeyd olunur ki, o, xarici işlər naziri təyin olunduqdan sonra regiona dördüncü səfərinə başlayır.
O vurğulayıb ki, Fələstin dövlətinin necə görünəcəyini müəyyənləşdirmək məhz Britaniyanın üzərinə düşür. Öz növbəsində, Fələstin xalqı Qəzzanı idarə edə biləcək "texnokratik və yaxşı liderlərə” malik yeni hökumət yaratmaqla iki dövlətli həll yolunda "dönməz irəliləyiş” nümayiş etdirməlidir.
"Bu baş verdikdə, biz müttəfiqlərlə birlikdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatında Fələstin dövlətinin tanınması məsələsini, nəzərdən keçirəcəyik”, - Kemeron Mühafizəkarlar şurasının Yaxın Şərq məsələləri üzrə iclasında deyib.
Kemeron həmçinin İsraili Qəzza zolağına daha çox humanitar yardımın keçməsinə icazə verməyə çağırıb və yardımın sərhədə geri qaytarılmasını "gülünc” adlandırıb.
O qeyd edib ki, ötən 30 il İsrail üçün "uğursuzluq hekayəsi” olub, çünki İsrail öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyib və yalnız bu uğursuzluğu etiraf etmək sülh və tərəqqiyə gətirib çıxara bilər.
BBC xəbər verir ki, Britaniya uzun müddətdir, israillilər və fələstinlilərin ayrı-ayrı ölkələrdə yan-yana yaşaya biləcəyi iki dövlətli həll variantını dəstəkləyir, lakin Kemeron təklif edir ki, Britaniya Fələstin dövlətinin rəsmi, diplomatik tanınmasını yekun sülh sazişinin bir hissəsi kimi deyil, daha əvvəl, danışıqlar zamanı rəsmiləşdirə bilər. 
Onun sözlərinə görə, İsrail sülh razılaşması çərçivəsində  bütün girovların azad edilməsini görməli və HƏMAS-ın İsrailə hücumlar həyata keçirə bilməyəcəyinə və onun rəhbərliyinin Qəzzanı tərk edəcəyinə dair zəmanət almalıdır. Kemeronun sözlərinə görə, belə bir razılaşma "çətin olacaq, lakin qeyri-mümkün deyil”.
Qəzzada müharibəyə son qoymaq üçün davam edən səylərdən danışan Kemeron döyüşlərdə fasiləyə ehtiyac olduğunu və hazırda davam edən danışıqların "ümidverici əlamətlərinin" olduğunu deyib. Bununla belə, əsl problem bu fasiləni hərbi əməliyyatlara qayıtmadan davamlı atəşkəsə çevirməkdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib