Dərc edilib: 31-01-2024

https://www.nuh.az/36196-.html

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

31.01.2024 13:59:46

LIVE

Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb.


NUH.az   “Report”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.

Görüş İcevanla Qazax sərhədində keçirilir.

 
Məlumata görə, görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsi gözlənilir.

Xatırladaq ki, bundan əvvəlki görüş ötən il noyabrın 30-da baş tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib