Dərc edilib: 31-01-2024

https://www.nuh.az/36201-.html

Azərsığorta ləğv edildi – FƏRMAN

31.01.2024 17:34:17

Siyasət

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib.


Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 740 (Cild I) ləğv edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib