Araik 7 fevral prezident seçkilərində iştirak üçün müraciət edib- ŞOK
Araik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib.
NUH.az Musavat.com-a istinadən xəbər verir ki, Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib.
Bundan əvvəl də yazıldığı kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır.
Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", deyə, hər dəfə də yaltaq - yaltaq təkrar edir.
Qeyd olunur ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Araik 10 kq kökəlib.
Xatırladaq ki, Araik Arutyunyanın bu arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Araikin arzusu var.