Dərc edilib: 04-02-2024

https://www.nuh.az/36233-.html

Sənədsiz ev probleminin köklü surətdə həlli üçün işçi qrupu yaradıldı

04.02.2024 14:25:45

Maqazin

"Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir”.

Bunu Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev Oxu.az-a açıqlamasında deyib.
Xidmət rəisi bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb.
O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb.
"Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik”, - əlavə edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib