Dərc edilib: 04-02-2024

https://www.nuh.az/36246-.html

Ağalıda səs verəcək ən yaşlı seçici məlum olub

04.02.2024 22:01:53

LIVE

Ağalı kəndində məntəqə üzrə ən yaşlı sakin 95 yaşlı Bənövşə Nuriyevadır. 


Bunu “Report”un Zəngilan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının azad edilən Ağalı kəndində yeni yaradılan 33 saylı seçki məntəqənin sədri Mübariz Fərhadov deyib.

Onun sözlərinə görə, Bənövşə xanım səhhəti ilə əlaqədar səsvermə zamanı səyyar xidmətdən istifadə edəcək.

M.Fərhadov bildirib ki, Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 7 fevralda keçiriləcək seçkilərdə 1206 nəfər seçici səs verəcək: “Onlardan 605 nəfər Ağalı kəndinin sakinləri, digər seçicilər isə ətraf kəndlərə işləmək üçün gələn seçicilərdir”.

Məntəqədə veb-kameraların quraşdırıldığını və seçkilərin tam şəffaf keçirilməsi üçün bütün şəraitin olduğunu deyən Mübariz Fərhadov əlavə edib ki, illərdir həsrətini çəkdiyimiz torpaqlara qayıtmaq çox qürurverici haldır: “30 il keçməsinə baxmayaraq Allah bizə öz yurdumuza qayıtmağı nəsib etdi. Ağalı camaatı yüksək əhval-ruhiyyə ilə 7 fevralda keçiriləcək seçkilərə hazırlaşır və hər kəs səbirsizliklə öz namizədinə səs vermək üçün seçkilər gününü gözləyir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib