Dərc edilib: 04-02-2024

https://www.nuh.az/36248-.html

Tərtərdə minaya düşən 23 yaşlı oğlanın FOTOSU

04.02.2024 23:03:59

LIVE

Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, yaralıya partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.

Xəstə əməliyyata hazırlanır, vəziyyəti ağır qiymətləndirilir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib