Dərc edilib: 05-02-2024

https://www.nuh.az/36253-.html

Araik və Vardanyan istintaqda Paşinyan haqda nələr AÇIQLADILAR? VİDEO

05.02.2024 13:52:52

LIVE

Bu günlərdə Bakıda istintaq altında olan separatçı lider Araik Arutunyanın seçkilərdə iştirak etmək üçün Azərbaycan hökumətinə müraciət etməsi barədə bildirmişdik. 


Hər fürsətdə Azərbaycanı, onun paytaxtını tərifləyən, hətta ailəsini bura köçürmək, vətəndaşlıq almaq istəyən Arutunyanın son müraciəti isə səbəbsiz deyil. Eyni zamanda o və Vardanyanın istintaqa ifadələrində önəmli məqamlar var. Bunları həm etiraf, həm də Ermənistanın hazırkı baş nazirini, hakimiyyətdəki yüksək rütbəli məmurlarını suçlamaq cəhdi kimi də qiymətləndirmək mümkündür.

Bu eksklüziv məlumatları və onların təhlilini bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib