Dərc edilib: 07-02-2024

https://www.nuh.az/36279-.html

Seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib - Exit poll

07.02.2024 23:10:14

LIVE

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un  nəticələrini açıqlayıb. 


“Qafqazinfo”nun məlumatına görə, “Oracle Advisory Group”un tərəfdaşı Vlada Qalan bildirib ki, Azərbaycanda artıq 5-ci seçkini müşahidə edirlər.

Beynəlxalq səviyyədə isə 25-ci seçkini müşahidə edən V.Qalan bu seçkinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Təşkilatın tərəfdaşı George Birnbaum bildirib ki, ““exit poll”un nəticələrinə əsasən, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib. 

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1,8 faiz, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,9, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,5 faiz, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,4, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,2 faiz, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,3 faiz səs toplayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib