Dərc edilib: 09-02-2024

https://www.nuh.az/36289-.html

Vüqar Qurbanovdan yeni təyinat

09.02.2024 10:56:22

Günün sitatı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov özünə yeni müşavir təyin edib.

 
NUH.az  "Unikal"a  istinadən  xəbər verir ki,  bununla bağlı Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, müşavir vəzifəsinə Səkinə Sadıxova təyinat alıb.
Qeyd edək ki, S.Sadıxova Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin dekabr ayında işdən çıxarılmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib