Dərc edilib: 10-02-2024

https://www.nuh.az/36300-.html

Macarıstan Prezidenti istefa verdi

10.02.2024 21:08:20

LIVE

Macarıstan Prezidenti Katalin Novak istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əlcəzirə” televiziyası məlumat yayıb.

 

Novak televiziyada yayımlanan çıxışında, - “Mən səhv etdim... Bu gün prezident kimi sizə müraciət etdiyim son gündür”, - deyib.

Qeyd edək ki, o, cinsi zorakılıq işinə görə məhkum edilmiş şəxsi əfv etdiyinə görə təzyiqlərə məruz qalıb. Bundan sonra isə istefa verdiyi bildirilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib