Dərc edilib: 11-02-2024

https://www.nuh.az/36303-.html

Toydan gəlini və 63 qadını qaçırdılar

11.02.2024 12:20:30

LIVE

Nigeriyada quldurlar pul müqabilində gəlini və toy qonaqlarını qaçırıblar.

Hadisə Nigeriyanın Katsina əyalətində baş verib.

Belə ki, gəlin və toya gələnlər quldurların pusqusuna düşüblər. Quldurlar 63 qadını qaçırıblar. Bir neçə gün sonra onlar pul tələb etdikləri videonu yayıblar. Onlar pulu almadığı təqdirdə gəlini başqa kişiyə ərə verəcəyi və qaçırılan qonaqları satacağı ilə hədələyiblər.

Dövlətin daxili təhlükəsizlik üzrə komissarı Muazu Nasiru bildirib ki, hüquq-mühafizə orqanları qaçırılanların xilas edilməsi üçün əməliyyat keçirir.\\lent.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib