Dərc edilib: 11-02-2024

https://www.nuh.az/36311-.html

BALACA evdə 10-cu övladı dünyaya gəldi, adını İlham qoydu - VİDEO

11.02.2024 16:15:46

Maqazin

"Xəzər Xəbər"ə istinadən xəbər veririk ki, Abdullayevlər ailəsinin 10-cu uşağı dünyaya gəlib. Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan bu ailənin indi 6 qız, 4 oğul övladı var. Ailə başçısı Əflan Abdullayev deyir ki, pulla xoşbəxtlik olmur. O, fərdi evlərdə ustalıq edir, qazandığı pulla ailəsini dolandır. Uşaqların anası Gülşən Abdullayeva indiyə qədər 9 uşağa baxıb. Bundan sonra isə 10 uşağın qayğısına qalmalıdır.
 
Yeni doğulan uşağın çəkisinin və sağlamlığının normal olduğu bildirilir.
 
Həkimin sözlərinə görə, yeni doğulan körpənin vəziyyəti kafidir.
 
Daha ətraflı videoda:
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib