Dərc edilib: 13-02-2024

https://www.nuh.az/36333-.html

İlham Əliyev 3 gün ərzində and içəcək

13.02.2024 15:21:50

Siyasət

Seçkilərin qalibi olan və yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev 3 gün ərzində and içəcək.

 
“Qafqazinfo” xəbər verir ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

Həmin gündən isə Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib