Dərc edilib: 13-02-2024

https://www.nuh.az/36340-.html

Əhməd ailəsindən əvvəl bacısı ilə qızını da öldürüb - Rəsmi. Bəs NİYƏ HƏBS OLUNMAYIB?

13.02.2024 19:37:24

LIVE

Əhməd ailəsindən əvvəl bacısı ilə qızını da öldürüb - Rəsmi Bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun daha bir cinayəti məlum olub.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib