Dərc edilib: 14-02-2024

https://www.nuh.az/36345-.html

Qırğızıstanda məmurlar üçün elit fahişəxana - Qiymət 1000 -10000 dollar

14.02.2024 13:51:40

LIVE

Qırğızıstanın paytaxtı Bişkekdə yüksək rütbəli məmurlara və iş adamlarına intim xidmətlər göstərən seks şəbəkəsinin inzibatçısı saxlanılıb. 


Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, bu barədə MTN-in mətbuat mərkəzindən məlumat yayılıb.

İdarənin məlumatına görə, saxlanılan şəxs 18-25 yaşlı qızların daxil olduğu internet qrupları şəbəkəsi təşkil edib.

Instagram və TikTok sosial şəbəkələrində çox məşhur olan simalar və özlərini bloger kimi tanıdan qızlar da imkanlı müştərilərinə intim xidmətlər göstəriblər.

Onlar xidmətinin qiyməti 1000 dollardan 10 min dollara qədər dəyişib.

“Administrator qızlar üçün Dubaya və qonşu ölkələrə səyahətlər təşkil edib”, - açıqlamada deyilir.

Məhkəmənin qərarı ilə saxlanılan şəxs 21 saylı istintaq təcridxanasına yerləşdirilib.

Qeyd olunan qanunsuz fəaliyyətə himayədarlıq edən vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən əlavə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Yəqin ki, vəzifəli şəxsləri intim xidmətlərdən istifadə etdikləri üçün həbs etməyəcələr, ancaq vəzifələrindən götürülməsi, hansısa şəkildə cərimələnmələri ehtimalı böyükdür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib