Dərc edilib: 14-02-2024

https://www.nuh.az/36347-.html

Britaniya vətəndaşından şantajla 205 min alan qadınlara - Hökm oxundu

14.02.2024 16:06:44

LIVE

Bakıda özəl şirkətdə işləyən Böyük Britaniya vətəndaşını şantaj edən qadınların cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, E. Nəsrəddinova 11 il, Y. Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan Y.Məmmədova məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

 
Qeyd edək ki, qadın müttəhimlər ingilis iş adamını rüsvayedici şəkilləri ilə şantaj edib, hədə-qorxu və dələduzluq yolu ilə ondan 205 min manat alıblar.

Nəsrəddinovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə), 178.3.2 (dələduzluq-külli miqdarda törədildikdə), (təkrarən və xeyli miqdarda dələduzluq) maddələri, Y. Məmmədovaya isə 178.2.1 (dələduzluq-qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib