Qara Qarayevin ABŞ-də yaşayan nəvəsi - Fotolar
ABŞ-də yaşayan saksofon ifaçısı, bəstəkar və cazmen Zülfüqar Bağırov məhşur türk gitara ifaçısı Koray Ergünlə birgə Vaşinqton şəhərində "Live @ Rhizome DC" adlı yeni albomunu ərsəyə gətirib.
“Qafqazinfo” xəbər verir ki, həmyerlimiz Vaşinqtonda bir sıra konsert proqramları ilə çıxış edir, okeanın o tayında ölkəmizi layiqincə təmsil edir. İstedadlı ifaçının çıxış etdiyi konsert proqramları tamaşaçıların böyük alqışları ilə qarşılanır və xüsusi marağına səbəb olur.
İstedadlı cazmenin bundan öncə də Qara Qarayevin vəfatının 32-ci ildönümü ilə əlaqədar ABŞ-də “QaraBağ: ZulfiqaRenatuS” diski işıq üzü görüb. Diskdə Azərbaycan klassik musiqi nümunələri Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizin ifasında müasir üslubda və yeni improvizədə dinləyicilərə təqdim edilib.
Albomu dinləmək üçün link: https://listen.music-hub.com/Jjy6N7 .