Dərc edilib: 15-02-2024

https://www.nuh.az/36358-.html

Mehriban Əliyevadan atasına yubiley təbriki

15.02.2024 14:22:49

Cəmiyyət

Xəbər verdiyimiz kimi, bu gün Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva atasının 90 illik yubileyi ilə əlaqədar paylaşım edib: “Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək!

Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün uzun olsun! Allah bütün valideynləri qorusun!”

NUH informasiya agentliyi səhifəsindən çap edilib