Dərc edilib: 15-02-2024

https://www.nuh.az/36361-.html

Qubad İbadoğlunun həbs müddəti uzadıldı

15.02.2024 16:29:19

LIVE

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edilib.
Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib